Məlum olduğu kimi, “Apple” in məşhur dizayneri olan Jonathan Ive şirkəti tərk edir və şəxsi biznesə başlayır.
Banker.az xəbər verir ki, bu məlumat yayıldıqdan sonra iPhone istehsalçısına 9 milyard dollara başa gəlib.
“Apple” şirkətinin səhmləri 1,5%, kapitallaşması isə 9 milyard dollar azalıb – 919,02 milyard dollara qədər.
Şirkətin dizayneri Jonathan Ive, 27 iyunda şirkəti tərk etdiyini və şəxsi layihəsi üzərində işləmək niyyətində olduğunu bildirib. Bu haqda “Financial Times” xəbər verib. Onun sözlərinə görə, “LoveFrom” adlı layihə 2020-ci ildə işə başlayacaq.
“Mac”, “iPod”, “iPhone” kimi qadjetlərin xarici görünüşünü tərtib edən Jonathan Ive, “Apple” ilə əməkdaşlığı fərdi şəkildə davam etdirəcək.
Xatırladaq ki, dizayner şirkətdə 1992-ci ildə bəri çalışıb, 1996-cı ildə isə dizaynerlərin işinə rəhbərlik etməyə başlayıb. O, Steve Jobs-un yaxın dostlarından biri olub və dizayn ilə bağlı olan bütün məsələlərə cavabdeh olub. Reuters xəbər agentliyinin verdiyi məlumata görə, mütəxəssisin şirkətin 1 trilyonluq kapitallaşmaya çatmaqda böyük tolu var.