15 C
Baku
Tuesday, April 30, 2024

Məşhur İT dahilərinin qeyri adi vərdişləri

“Böyük partlayış nəzəriyyəsi” serialının qəhrəmanlarına baxanda bir daha əmin olursan ki, yüksək intellekt ilə xarakter qəribəlikləri bir-biri ilə ayrılmazdır, necə ki, kompüter ilə ana plata. Bəs intellekt nəhəngləri, yüksək texnologiyalar istehsalının qabaqcılları, gələcəyin yaradıcıları real həyatda necə insanlardır? Sizə İT- sənayesinin ən görkəmli şəxslərinin olduqca maraqlı vərdişlərindən bir neçəsini təqdim etmək istərdik, yəni onların bioqrafiyasında tapa bildiyimiz bəzi maraqlı nüanslar…

Ram edilməz əməksevərlik

Bill Qeytsi təqdim etməyə ehtiyac yoxdur. Göz qabağında olan təkcə onun karyerası deyil, həm də onun maddi nemətlərə qarşı tələbkarsızlığı , geyim, ayaqqabı, interyer və digər gündəlik məişət əşyalarına qarşı laqeyd münasibətidir. Lakin insanları ən çox heyrətləndirən Microsoft-un yaradıcısının əməksevərliyidir, bu özünü çox kəskin və xroniki formada göstərir. Bill səhər-erkəndən gecə yarıya qədər çox xırda nahar fasilələri illə işləyir. Yeri gəlmişkən nahar barədə onu deyək ki, məşhur İT mütəxəssisi daha çox fastfud restoranlarına üstünlük verir, amma çox asanlıqla bahalı və dəbdəbəli restoranlara da üz tuta bilərdi. Qeyts hətta gündə 20 dəfə yesə belə, bu çətin ki, onun maliyyə vəziyyətində ciddi əks olunardı. İnternetdə Qeyts ilə bağlı maraqlı rəqəmlərə rast gəlmək mümkündür : o, saniyədə 250 dollar qazanır, yəni gün ərzində 21,6 milyon dollar, ya da il ərzində 7,8 milyard dollar. Onun dəbdəbəli əşyalara maraq göstərməməsi qazandığı pullarla ziddiyyət təşkil edir –amma belə zəka sahiblərinin bəzi qəribəliklərə haqqı vardır.

Nümunəvi sadəlik

Google-un həmtəsisçisi Larri Peyc də son dərəcə sadəliyi ilə seçilir. Onun ən təmtəraqlı imarətdə yaşamaq imkanının olmasına rəğmən, Larri üçotaqlı sadə mənzildə yaşayır (təəccüblüdür ki, onu kirayə götürmür). Sadə cinslər, idman çəkmələri, futbol köynəkləri geyinir, o dondurulmuş yeməklər yeməklərdən uzaq olur –bir şey dəqiqdir ki, Peyc qəti olaraq pul qazanmaq məqsədi ilə (yəni asdəcə pul xətrinə) çalışmır. Larrinin yeganə zəif yeri, təbii ki kompüterlərdən savayı, rolik üzərində xokkey oyunudur: Google kompaniyasında mütəmadi olaraq bu idman növündə yarışlar keçirilir. Öz təcrübəsini Peyc böyük həvəslə Google-dakı həmkarları və tabeliyində olan işçilər ilə paylaşır.

Futbol köynəkləri kolleksiyası

Facebook-un əfsanəvi təsisçisi Mark Tsukerberqi bir qayda olaraq, boz rəngli idman köynəyində görə bilərik. Bu gün, sabah, sabah yox o biri gün. Adama belə təsir bağışlayır ki, sanki ö hər gün eyni köynəkləri geyinir, eyni bir köynəyi nə qədər geyinmək olar? Əslində bu fərqli futbol köynəkləridir. Markın qarderobunda onların sayı 20-dən çoxdur. Tsukerberq boz rəngi ən praktik rəng hesab edir, ona görə də ona üstünlük verir. Bəlkə də siz deyərsiniz ki, bir az darıxdırıcı qarderobdur. Amma onun rəhbəri fikirləşir ki, məhz bu qarderob onu səhər əyninə nə geyinəcəyinə dair saatlarla düşünməkdən xilas edir.

Ürəyinin səsini dinlə

Məşhur İT mütəxəssislərinin xasiyyətlərindəki daha bir qəribəlik onların öz həyat yoldaşlarını seçim məsələsinə yanaşma tərzləridir. Adama elə gəlir ki, İT nəhəngləri istədikləri bir xanımı, hətta dünya gözəllərinin ürəklərini də fəth edə bilərdi, yəni onlar ən zərif cinsin nümayəndələrinin ən gözəlləri ilə münasibət qurmağa qadirdirlər. Amma ki, yox. Öz ömür gün yoldaşlarını İT dahiləri məhz sevgilərinə görə seçirlər. Onlar zahiri əlamətlərə o qədər də fikir vermirlər. Bu iddia hə Bill Qeyts, həm Larri Peyc, həm də Google-un digər həmtəsisçisi olan Serqey Brin üçün də doğrudur. O, heç də füsunkar bir sarışınla deyil, Lyusi Sautvort adlı intellektual bir xanımla evlidir. Lyusinin üç universitet diplomu və biotexnologiyalar sahəsində fəaliyyət göstərən öz şəxsi kompaniyası vardır. Bu insanlarda öz ürəyinin səsinin arxasınca getmək baxımından inanılmaz bir əzmkarlıq vardır. Onlar həm peşə, həm də şəxsi həyatlarının seçimində bu xüsusiyyətə sadiq qalırlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər