15 C
Baku
Monday, March 17, 2025

Məşhur mağazalar şəbəkəsi Azərbaycanda fəaliyyətə başlayır – İddialı investisiya ilə

Polşanın məşhur geyim pərakəndə satış şirkəti “LPP SA” artıq Azərbaycanda da fəaliyyət göstərmək üçün ilk addımını atıb. Şirkət Bakı şəhərində qeydiyyatdan keçmiş törəmə müəssisə – “LPP Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib.

Banker.az xəbər verir ki, 14 martda qeydiyyatdan keçən şirkətin nizamnamə kapitalı 2 milyon manat təşkil edib. Şirkətin direktoru Aydan İsmayılova Rəfael qızı təyin edilib.

Yeni təsis edilən şirkət Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal 9 MKR, ev 143B, m. 214 ünvanında yerləşir.

“LPP” moda sənayesində böyük nüfuz qazanmış və geniş brend portfelinə malik bir şirkətdir. Onun ən məşhur brendləri arasında “Reserved”, “Cropp”, “House”, “Mohito” və “Sinsay” yer alır.

lpp
LPP SA

Qeyd edək ki, şirkət artıq 40-a yaxın bazarda fəaliyyət göstərərək, 2,000-dən çox mağaza və onlayn platforma vasitəsilə müştərilərə xidmət göstərir.

Son xəbərlər
Digər xəbərlər