Qarşılıqlı kreditləşmə (P2P) sahəsində uzun illərdir fəaliyyət göstərən Zopa şirkəti bank lisenziyası əldə etmək məqsədilə Britaniya tənzimləyicisinə müraciət edib. Bu haqda məlumatı Zopa şirkətinin icraçı direktoru Jaidev Janardana verib.
Şirkət rəhbərinin sözlərinə görə, britaniyalı tənzimləyici orqanlar innovasiyaların yaradılması və yeni texnologiyaların tətbiq edilməsinə stimul verən mühit yaradıblar. Bu isə bank sahəsində sağlam rəqabət aparmağa imkan verir. Zopa bazarda innovativ maliyyə xidmətləri yaradan və xidmətlərin şəffaflığını artıran bir şirkət kimi məşhurdur. Şirkət artıq bazarda müştərilərə daha çox xidmət və əlavə seçim təklif edən bank qismində çıxış etməyi planlaşdırır.
Buna da bax: Azərbaycanın 14 bankı Mərkəzi Banka 519 mln. manat borcludur
İşə start verildikdən sonra, Zopa Bank investor və borcalanlara depozit hesabları və overdraft kimi yeni məhsullar təqdim edəcək. Həmçinin bank öz kredit platformasını yeni maliyyələşmə mənbəyi ilə təmin edəcək.
2005-ci ildə əsası qoyulan Zopa şirkəti fəaliyyət göstərdiyi dövr ərzində özünün P2P platforması vasitəsilə 1,8 milyard funt sterlinq dəyərində kredit təqdim edib. Bununla yanaşı, şirkət yalnızca keçən ay gəlir qazandırmağa başladı.