19 C
Baku
Thursday, May 22, 2025

Məşhur sədr Rüfət Aslanlı kimdir?

Banker.az saytı olaraq bu dəfə sizə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Cəbrayıl oğlu Aslanlı  haqqında məlumat verəcəyik.

O, 1970-ci ildə Bakı şəhərində anadan olub.

1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə Aqrar Sənaye Bankında mühasibat uçotu idarəsində əmək fəaliyyətinə iqtisadçı kimi başlamış və 1994-cü ilin iyul ayından dekabr ayınadək aparıcı iqtisadçı vəzifəsində işləmişdir.

1994-cü ilin dekabr ayından Azərbaycan Respublikası Mərkəzi Bankının Baş pul-kredit siyasəti və valyutanın tənzimi idarəsində aparıcı iqtisadçı,  1995-ci ildən baş iqtisadçı, 1998-ci ildən isə həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

4501

2000-ci ilin iyul ayından Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru, 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü seçilmişdir.

2006-cı ildə Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir.

2006-ci ilin dekabr ayında ikinci dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü seçilmişdir.

2007-ci ilin fevral ayında Azərbaycan Republikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sədr vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 3 övladı var.

Son xəbərlər
Digər xəbərlər