13 C
Baku
Saturday, November 23, 2024

Məşhur şirkətlərin silah satışından əldə etdikləri gəlirlər azalıb

Dünyadakı TOP-100 şirkətin silah satışından əldə etdiyi gəlirlər geosiyasi vəziyyətin pisləşməsi fonunda silaha tələbat kəskin artıb. Buna baxmayaraq, 2022-ci ildə tələbat 3.5 faiz azalıb.

Bu barədə Stokholm Sülh Araşdırmaları İnstitutu (SIPRI) məlumat yayıb.

Bu şirkətlərin ümumi gəliri bir il əvvəlki 618 milyard dollarla müqayisədə 597 milyard dollara çatıb.

SIPRI ekspertlərinin fikrincə, şirkətlər artan tələbatı tam ödəməyə imkan verməyən bir sıra problemlərlə üzləşiblər. Xüsusilə, Ukraynadakı münaqişə səbəbindən tədarük zəncirlərinin pozulması fonunda işçi qüvvəsi və xammal çatışmazlığı yaşayıblar.

Bundan başqa, silah sahəsində bir çox böyük müqavilələr yalnız 2022-ci ilin sonunda imzalanıb.

Amma SIPRI növbəti və ya iki il ərzində silah satışından qlobal gəlirlərin əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər