Blackberry şirkəti üçüncü kvartal üzrə maliyyə göstəricilərinin açıqladığı vaxt smartfon istehsalının dayandırıldığınıda bildirdi.
Banker.az xəbər verir ki, Kanada şirkəti smartfon istehsalı bazarından tam getmir, sadəcə o bu funksiyanı öz partyor şirkətlərinə ötürdüyünü açıqlamışdır.
Şirkət rəhbəri Con Çenin bildirdiyinə görə, mobil bölmənin zərərlə işləməsinə baxmayaraq, şirkətin ümumi mənfəətliliyi yaxşı səviyyədədir. Bundan sonra Blackberry daha çox proqram təminatı və servislərin inkişafına daha çox vaxt ayıracağı bildirilir.