Onore de Balzak qəhvəni çox sevirdi və gün ərzində demək olar ki, 50 fincan tünd türk qəhvəsi içirdi. Onun qəhvə dəmləmək imkanı olmadıqda isə o qəhvə dənələrini sadəcə götürüb böyük zövqlə çeynəyirdi.
Edqar Allan Po bütün həyatı boyu qaranlıqdan qorxurdu. Ola bilsin ki, bu qorxunun səbəbi onun uşaq ikən qəbiristamlıqda təhsil almağı ilə bağlıdır. Onun oxuduğu məktəb o qədər yoxsul idi ki, şagirdlərə dərs ləvazimatı almaq mümkün deyildi. Bacarıqlı müəllimlərdən biri riyaziyyat dərslərini yaxınlıqdakı qəbiristanlıqda, qəbirlərin arasında keçirdi. Hər şagird özünə bir qəbir seçir və onun üzərindəki tarixləri hesablayırdılar. Və təəccüblü deyil ki, o böyüdükdə bütün dünya üzrə qorxu ədəbiyyatının əsasını qoymuşdur.
Mark Tvenin bir çox ləqəbləri var idi. Bunlara misal olaraq Avara, Coş, Tomas Cefferson Snodqrass, Serjant Fatom və U. Epaminondas Adrastus Blab. Mark Tven öz dövrünün ən sirli insanı – ixtiraçı Nikol Tesla ilə dostluq edirdi. Bundan əlavə, Tven pişikləri çox sevir və uşaqlara nifrət edirdi.
Tven çox siqaret çəkirdi və məşhur deyimin müəllifidir: “Siqaret çəkməyi tərgitməkdən asan heç nə yoxdur. Mən bunu yaxşı bilirəm, çünki artıq bunu min dəfə etmişəm”. O hələ 18 yaşında ikən siqaret çəkməyə başlamış və ömrünün sonuna qədər gündə 20-40 arası siqaret çəkirdi. Bununla yanaşı, o həmçinin ən ucuz və pis qoxulu siqretləri seçirdi.
Aqata Kristi disqrafiyadan əziyyət çəkirdi və yazı yazmağı bacarmırdı. Onun bütün məşhur romanları onun tərəfindən diktə edilərək yazılmışdır.
Ceyms Coys dünyada hər şeydən çox itlərdən və ildırımdan qorxur, heykəllərə nifrət edirdir və mazaxist idi.
Uilyam Folkner ünvanına çatdırmadığı məktubları zibil qutusuna atdığı aşkar olunana qədər bir neçə il poçtalyon olaraq işləyib
Cek London sosialist idi. Bundan başqa, o tarixdə ilk amerikalı yazıçı idi ki, öz zəhməti ilə milyon dollar qazanmışdı.
Şerlok Holmsu yaratmış Artur Konan Doyl okkulist idi və kiçik qanadlı varlıqların (feyaların) mövcud olduğuna inanırdı.