17 C
Baku
Monday, April 29, 2024

Məşhur “zefir testi” əslində bizi nəyə öyrədir?

Psixologiyadakı məşhur “zefir testi” yadınızdadır? Əgər tədqiqatçı əvəzində bir dənə də əlavə zefir gətirəcəyini söz versə, uşaq mövcud zefiri yeməmək üçün nə qədər gözləyə bilər? 1972-ci ildə Uolter Mişelin tədqiqatı göstərdi ki, gözləməyi bacaran uşaqlar gələcəkdə daha uğurlu insanlar olurlar, nəinki onların həmyaşıdları. 

Roçester Universitetinin (Nyu-York ştatı) tədqiqatçı-psixoloqları gedişata müəyyən dəyişiklik edərək bu eksperimenti yenidən təkrarlamaq qərarına gəldilər. Onlar uğursuz ailədə tərbiyə almış bir qrup uşaq götürdülər, tədqiqatçılar hesab edirlər ki, bu tip ailədə tərbiyə almış uşaqlar əlavə zefirin gətirilməsini gözləməyib, əlində olanı yeməyə daha meyllidirlər. Bundan əlavə, testdən əvvəl uşaqlara kağız üzərində şəkil çəkmək təklif olunurdu.

Uşaqlar iki qrupa bölünmüşdü: uşaqlara pastel verən tədqiqatçılar başqa otaqda daha qəşəng karandaşların olduğunu deyir və gözləməyi xahiş edirdi. Bir müddət sonra onlar uşaqlarda inam yaratmaq məqsədilə əllərində çoxlu müxtəlif cür maraqlı qurğularla geri qayıdırdılar, bu yalnız birinci qrupun uşaqları üçün tətbiq olunurdu. Ikinci qrupa isə onlar karandaş gətirmir, əvəzində üzrxahlıq edirdilər.

Son nəticədə aldatılmış ikinci qrupda 14 uşaqdan yalnız 1 nəfər düz 15 dəqiqə gözləyib zefiri yemədi (orta gözləmə müddəti 3 dəqiqədir), birinci qrupdan isə 9 nəfər düz 12 dəqiqə gözlədirlər. Bu isə videoda bax belə görünür.

BusinessWeek yazır ki, tədqiqatın məqsədi uşaqları gözləməyə öyrətməkdir, onları inandırmaq lazımdır ki, son nəticənin əldə edilməsinə görə gözləməyə dəyər. Biz daha sadə şəkildə deyək: əgər uşaqların sizlə əməkdaşlıq etməsini istəyirsinizsə, onlara yalan danışmayın!

Son xəbərlər
 ⁠
Digər xəbərlər