17 C
Baku
Tuesday, April 30, 2024

Məşhurlar öz avtoqraflarından hansı məqsədlərlə istifadə ediblər?

Diqqətinizə məşhur insanların öz avtoqraflarından hansı məqsədlər üçün istifadə etdikləri barədə bir neçə faktı təqdim edirik:

1. Salvador Dali

Salvador Dali çox məşhur və uğur qazanmış bir rəssam idi və bu da ona pulları sevməyə mane olmurdu. Şayiələrə əsasən insanları çeklərlə pul ödəməkdən yayındırmaq üçün Dali öz şəxsi çeklərini rəsmlər üçün kontur təsviri kimi istifadə edirdi.

Daha sonralar Dali artıq qocaldıqda və rəsm əsəri yaratmaq ixtiyarında olmadıqda o oturmuş və demək olar ki, min vərəqə öz adını, imzasını yazmışdı. Daha sonralar o bu vərəqlərin hər birini 40 dollara satırdı. O heç düşünməmişdi ki, o bu hərəkəti ilə saxtakarları maliyyələşdirmiş olacaq. Belə ki, daha sonralar saxtakarlar Dalinin rəsmlərinin saxtasını yaradaraq bu adlardan orada istifadə etmişlər.

2. Pablo Pikasso

Tarixdə ən məşhur rəssamlardan biri olan Pikasso da öz imzası ilə “ticarət” edən insanlardan biri idi. Belə ki, o restoranlarda hesabı ödəmək üçün avtoqrafdan istifadə edirdi.

Bir dəfə kiçik bir kafenin sahibi Pikassodan salfet üzərində nəisə çəkməyi xahiş etdikdə o demişdi: “Mən yalnızca hesabı ödəmək istəyirəm, kafeni almaq yox”.

3. Joe DiMaggio

Beyzbol əfsanəsi Joe DiMaggio əşyalar üzərində imzasını yazmaqla professional beyzboldan qazandığı puldan daha çox qazanmışdı. O böyük məmnuniyyətlə ondan imza tələb edən hər kəsə avtoqraf verirdi, bu istər top, istərsə də hər hansı kağız parçası üzərində olsun. Lakin bir neçə hallar istisna olmaqla o beyzbol çubuqlarının üzərinə imza atmaqdan imtina edirdi.

Beləliklə, Joe DiMaggio tərəfindən imzalanmış beyzbol çubuqları çox nadir idi və buna baxmayaraq məşhur idmançı bu çubuqlar üzərindəki imzalardan yüzlərlə dollar pul qazanmışdı.

4. Nil Armstronq

Nil Armstronqu hər zaman Aya getmiş ilk adam kimi xatırlayırlar. 1960-cı illərdə o adi kosmonavt idi və o qədər də çox pul qazanmırdı. Hətta onun öz ailəsini ölümündən sonra sığortalamaq üçün də kifayət qədər vəsaiti yox idi. Burada o uçuş anında ölüm ehtimalını nəzərdə tuturdu.

Aylıq uçuş izolyasından əvvəl Armstronq və onun komandası onları əhatə edən bütün predmetlər üzərində imzalarını yazdılar. Daha sonra isə öz uçuşlarının dəqiq vaxtını 16 iyul 1969-cu il ailələrinə bildirmək üçün bunları poçt vasitəsilə ailələrinə göndərdilər. Əgər onlar uçuş zamanı ölsəydilər ailələri bu imzaları satıb pul qazana bilərdilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər