6 C
Baku
Sunday, December 15, 2024

Məşhurlar pul və biznes haqqında nə düşünür

Əsl sahibkar biznesdə yüksəlişlərə və enişlərə hazır olmalıdır. Və hər bir mərhələdə artıq uzun yol qət etmiş, həyatda bir çox uğurlara nail olmuş məşhur insanların pul və bizneslə bağlı səsləndirdiyi fikirlər ən yaxşı köməkçi və mənəvi dayaq ola bilər.

Hazırlığa diqqət ayırmırsansa, öz uğursuzluğuna hazırlaşırsan – Benjamin Franklin

Keyfiyyət fəaliyyət deyil, vərdiş olmalıdır – Aristotel

Ciddi şəkildə bu qaydaya riayət etməlisiniz: Nə edirsinizsə, onu bacardığınız qədər yaxşı etmək. Əgər hər hansı çatışmazlıq varsa onu aşkar edin və düzəldin – Elon Mask.

Uğursuzluğu sadəcə yoldan çıxdığınıza dair bir nişanə hesab edirəm. Mənim fikrimcə, əsl uğursuzluq hər hansı fəaliyyətin nəticəsi deyil, bir şeyi etməyə qarşı istəyin olmamasıdır – Sara Bleykli

Həyatınızda edəcəyin ən dəyərli şey – səhv etməkdir. İdeal olaraq qalmaqla, nə isə öyrənmək mümkün deyil – Adam Osborn

Sahibkarlıq  – səs-küy qaldırmağı sevən insanların son sığınacağıdır – Natali Klifford Barni

Sizi – təcəssüm etdirən rezüme deyil, gördüyünüz işinizdir – Set Qodin

Mən qlobal düşünməyi sevirəm. Nə isə üzərində düşünməyə hazırlaşırsınızsa, nə isə böyük bir şey haqqında düşünməyi sınaqdan keçirin – Donald Trump

Sizin vaxtınız məhduddur. Buna görə də onu başqasının həyatını yaşayaraq israf etməyin. Başqasının əqli nəticələri ilə yaşamalı olduğunuz barədə fikirlərə qulaq asmayın. Başqalarının fikirlərinin səsinin sizin daxili aləminizin səsini batırmağa imkan verməyin. Və ən əsası öz ürəyinizə və intuisiyanıza inanmaq cəsarətinə sahib olun – Stiv Jobs

Pulların deyil, ideyanın ardınca get. Nəticədə pullar özü səni tapacaq – Toni Şey

Son xəbərlər
Digər xəbərlər