Yuli Sezarın avtoqrafının dəyəri 2 milyon dollardır. Lakin hələ ki, heç kəs onu tapmayıb.
Yazıçı Çarlz Dikkens daim üzü şimal tərəfə yatardı. O belə güman edirdi ki, bu onun yazıçılıq istedadının artmasına kömək edəcək.
Çində ən məşhur adlar bunlardır: İsa, Riçard Nikson və Elvis Presley.
Yuli Sezar saçlarının tökülməsinin qarşısını almaq üçün zeytun çələngi taxmağa başlamışdı.
Tomas Ceffersonun ABŞ-ın İstiqlal Bəyannaməsini yazdığı ev hazırda yeməkxana kimi fəaliyyət göstərir.
Alfred Nobelin son arzusu dinamiti ixtira etdiyinə görə insanların onu şiddətə təbliğ edən bir şəxs kimi xatırlamamaları idi.
Birinci Dünya müharibəsi zamanı gələcək Papa XXIII İohann italyan ordusunda serjant idi.
Albert Eynşteynə bir dəfə İsrail prezidenti olmaq təklif edilmişdi. Lakin o dövlət miqyasında olan məsələləri icra edə bilməyəcəyini bildirərək imtina etmişdi.
Albert Eynşteyn dünyasını dəyişdikdə onun son sözləri də onunla birgə əbədiyyətə qovuşur. Belə ki, o dünyasını dəyişdikdə onun yanında olan tibb bacısı alman dilini bilmirdi.
John Glenn Yer orbitinə çatmış ilk amerikalı astronavt idi. O kosmosdan geri döndükdə onun üzərinə 3529 ton konfet atılmışdı.
Con Rokfeller həyatı boyunca xeyriyyə məqsədilə 500 milyon dollar xərcləmişdi.
Dünyanın ən varlı insanlarından biri olan John Paul Getty-nin evində taksofon qoşulmuşdu.
İtalyanın dövlət bayrağı Napoleon Bonapart tərəfindən düşünülüb.
Doğum günü Amerikanın bütün ştatlarında rəsmi olaraq istirahət günü elan edilən yeganə şəxs Corc Vaşinqtondur.
İngiltərə kraliçası Anna (1665-1714) öz övladlarının hamısından daha çox yaşamışdır. Yeri gəlmişkən onun 17 övladı var idi.
Comments are closed.