6 C
Baku
Sunday, December 15, 2024

Məsləhət vermək məsləhət almaqdan daha yaxşıdır

Məsələn, 2018-ci ildə məktəblilərin iştirakı ilə bir araşdırma aparıldı – məlum oldu ki, ibtidai sinif şagirdlərinə həvəsləndirici məsləhət verən yuxarı sinif şagirdləri növbəti ay ev tapşırıqlarını yerinə yetirməyə daha çox vaxt ayırdılar. Üstəlik, iştirakçıların 72%-i məsləhət alanda deyil, məsləhət verəndə daha həvəsli olduqlarını etiraf etdilər. Oxşar nəticə 2019-cu ildə keçirilən araşdırmada  qeydə alınmışdır – orada təsadüfi seçilmiş tələbələr bütün sinfin davamiyyəti ilə bağlı məsləhətlər verməli idilər və nəticədə onların qiymətləri sinif yoldaşlarının qiymətlərindən yüksək oldu. 

Bu nəticə təkcə şagirdlərə aid deyil. 2018-ci ildə tədqiqatçılar pul yığa və ya arıqlaya bilməyən insanların kiməsə məsləhətlər verdikdə daha həvəsli olduqlarını müəyyən edə biliblər. Digər bir araşdırmada iştirakçılara mürəkkəb riyazi çalışmanı həll etmək göstərişi verilmişdir. Məlum oldu ki, misalın həlli zamanı başqalarına məsləhət verən insanlar daha az stress keçiriblər. Beləliklə, nəyə nail olmağa çalışmağınızdan asılı olmayaraq, həmfikir insanları dəstəkləmək, hədəfinizə doğru irəliləməyiniz üçün lazımi motivasiya və inam əldə etməyə kömək edəcəyini iddia edir.

Məsləhətlərin gücü nədədir

Kiməsə məsləhət verdiyiniz zaman, həmin məsələ ilə bağlı fikirlərinizi bir daha müdafiə etmiş olursunuz və bu sizi motivasiya edir. Qısaca desək, kiməsə hər hansısa problemi həll etməyə kömək edərkən özünə güvən artır. 

Yaxşı məsləhət vermək üçün mövzu və ona olan münasibətiniz barədə düşünmək lazımdır, yəni məqsədinizə necə çatacağınız barədə düşünmək və bütün lazımi bilikləri təşkil etmək lazım olacaqdır.

Tutaq ki, körpənizi yatızdırmaqda çətinlik çəkirsiniz. Bu mövzuda bir kitabı başqa valideynə tövsiyə etdikdə, bu barədə oxuduğunuz hər şeyi xatırlayın. Beləliklə, həmin məsləhətləri nəzərə almaq üçün motivasiyanız artmış olacaq. 

“Çox vaxt bir şeyi etmək üçün bilik və ya gücümüzü obyektiv qiymətləndirə bilmirik, – deyə Çikaqo Universitetinin nəzdində fəaliyyət göstərən biznes məktəbin biheviorizm və marketinq professoru Ayelet Fishbach hesab edir. – Gündəlik məsələlərin həlli üçün özünüzə baxın və lazım olanı tapın”. 

Məsləhətləri necə vermək lazımdır

Unutmayın ki, məsləhətlər həqiqətən də faydalı olmalıdır və əgər sizdən məsləhət verməyinizi istəmirlərsə, heç nə deməyin. Heç kim hər şeyi bilən və daim başqalarına göstəriş verən insanları sevmir. 

Unutmayın ki, rəy ilə təcrübə eyni şey deyil. Facebook-da bir şey haqqında rəy yazmaq və real təcrübəni bölüşmək bir-birindən tamamilə fərqlidir. Sizə motivasiya verən rəy deyil, təcrübədir. 

Düşünməyin ki, müsbət nəticə əldə etmək üçün yalnız yaxın dostlara məsləhət vermək lazımdır. Əgər forumlardan birində öz biliyiniz bölüşsəniz, aldığınız motivasiya onu iş yoldaşlarınızla üz-üzə bölüşəndə aldığınız motivasiyaya bərabər olacaqdır. Yeri gəlmişkən, tədqiqatda məktəblilər məsləhət verdikləri insanlarla əvvəl heç vaxt görüşməyiblər. 

Əgər bir insana məsləhət verdikdən sonra özünüzə inam artırsa, sizi narahat edən problemin həll etməyə başlayın. Ətrafınızda olan insanlara kömək edərək əldə etdiyiniz motivasiyanı itirməyin. 

Son xəbərlər
Digər xəbərlər