7 C
Baku
Thursday, December 12, 2024

“Mətanət A” inşaat şirkətini məhkəməyə verib

Azərbaycanda sement və gips əsaslı məhsulların istehsalçısı olan “Mətanət A” şirkəti bina tikən şirkətə qarşı iddia qaldırır.

Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.

İstehsalçı şirkət “Mətanət A” Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “İnşaat Konstruksiyaları” MMC ilə aralarında müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrin olduğunu bildirib.

Aytən Əliyeva məhkəməyə hakim təyin edilib.

“Mətanət A” şirkəti 2000-ci ildə yaradılıb və inşaat, döşəmə və qatqı sistemləri üzrə məhsullar təqdim edir. Şirkətin nizamnamə kapitalı 2 188 471 manatdır.

“İnşaat Konstruksiyaları” MMC isə 2009-cu ildə yaradılmaqla, Bakıda yaşayış kompleksləri inşa edir.

 

Son xəbərlər
Digər xəbərlər