“Mətanət” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı-nın rezidenti statusu verilib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradılacaq.
İnvestisiya dəyəri 5 milyon ₼ olan müəssisədə 60 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.