11 C
Baku
Monday, November 25, 2024

MətanətA 2 vakansiya üzrə işçi axtarır

VAKANSİYA 1: İxracat Üzrə Koordinator

Namizədə tələblər

Yaş: 28-35
Təhsil: Ali
İş təcrübəsi: Ən azı  3 il iş təcrübəsi olan
Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri

Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

Yüksək ünsiyyət bacarığı
Nitq mədəniyyəti
Təmkinlilik, etibarlılıq, özünə inamlı
Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı

Əsas vəzifə öhdəlikləri

Yaxın xarici qonşu ölkələrlə biznes əlaqələrinin qurulması.

Xarici bazarların “Mətanət A” Şirkətinin istehsal etdiyi məhsullara olan tələbatının öyrənilməsi.

Məhsulların xarici bazarlarda satışının təşkil olunması.

Yeni xarici bazarların tapılması və ixracatın artırılmasının təşkili.

Xarici ölkələrdə məhsulların satışının yüksəldilməsi və bu prosesin  nəzarət altında saxlanılması .

Xarici ölkələrdəki satış imkanların öyrənilməsi.

Məhsulun ixracı ilə bağlı müqavilələrin hazırlanması və imzalanması.

Məhsulun ixracatı planlarının yerinə yetirilməsi.

Yükün xarici ölkələrə çatması barədə yazışmaların aparılması.

İxracat sənədlərinin vaxtında rəsmiləşdirilməsi.

Hazır məhsulun saxlanılmasının, satışının və nəqlinin təşkili üzrə Şirkət standartlarının, həmçinin satış şəbəkələrinin, məhsulun istehlakçılara çatdırılması formalarının təkmilləşdirilməsi, nəqliyyat xərclərinin azaldılması, normadan kənar hazır məhsul ehtiyatlarının aşağı salınması və satış əməliyyatlarının sürətləndirilməsi üzrə tədbirlərin hazırlanması və tətbiqi.

Əmək haqqı: Razılığ yolu ilə

Maraqlanalar öz CV formalarını [email protected] ünvanına göndərə bilər( məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır)


VAKANSİYA 2: Qrafik-Dizayner

Namizədə tələblər:

Yaş: 23-35
Təhsil: Ali
İş təcrübəsi: 2 ildən 5 ilə kimi
Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri

Kompüter bilikləri: 3D Max, Adobe After Effect, Sony Vegas, Adobe Primiere proqramlarında mükəmməl işləmə bacarığı

Şəxsi keyfiyyətlər

İşə planlı yanaşması
Komanda şəklində işləmə bacarığı
Məsuliyyətlilik, kreativlik ,fəallılıq
Təmkinlilik, etibarlılıq, özünə inamlı
Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı

Əsas vəzifə öhdəlikləri

Məhsullar üçün animasiya tipli reklamlar və imic reklamları hazırlamaq
Video-səs montaj işlərini həyata keçirmək
İnteryer, eksteryer dizayn maketlərini hazırlamaq

Əmək haqqı: Razılığı yolu ilə

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər( məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır)

Son xəbərlər
Digər xəbərlər