11 C
Baku
Monday, November 25, 2024

Mətbuat katibi – Bank of Baku ASC

Mətbuat katibi

Əsas vəzifə və öhdəliklər

  • Bankın məhsul və xidmətləri, yenilikləri və ümumi fəaliyyəti ilə bağlı press-relizlərin yazılması və KİV-də yayımının təmin edilməsi
  • Bankdaxili keçirilən tədbirlərə, mühüm hadisələrə dair aylıq bülletenin hazırlanması
  • Bank nümayəndələri ilə media qurumları arasında müsahibələrin təşkili, fərqli mövzularda məqalələrin hazırlanması
  • KİV nümayəndələri ilə peşəkar əlaqələrin qurulması və daim inkişaf etdirilməsi
  • KİV-də yayılan xəbərlərin gündəlik monitorinqi və təhlili

Seçim meyarları

  • Ali təhsili olan şəxslər
  • Azərbaycan və Rus dilləri üzrə əla, İngilis dili üzrə yaxşı şifahi və yazılı ünsiyyət bacarığı olanlar
  • Sahə üzrə 1-3 il iş təcrübəsinə malik olanlar
  • Yüksək ünsiyyət bacarığına malik, danışıqlar apara bilən şəxslər
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olan şəxslər

İş şərtləri

  • İş yeri: Baş İdarə
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər