9 C
Baku
Thursday, December 12, 2024

Mətbuat Katibi — Maliyyə Bazarlarına Nəzarət Palatası

Maliyyə Bazarlarına Nəzarət Palatası

Vəzifənin adı: Mətbuat Katibi

Namizədə olan tələblər:

• Ali təhsil (Humanitar/İqtisadiyyat istiqaməti üzrə ali təhsil)
• Analoji sahə üzrə 5 il iş təcrübəsi;
• Makroiqtisadiyyat sahəsində biliklər;
• Ölkənin iqtisadi və maliyyə vəziyyəti və problemləri haqqında məlumatlı olmaq;
• Kütləvi informasiya vasitələri ilə iş bacarığı, KİV-in strukturu və funksiyaları üzrə biliklər;
• Təqdimat və ünsiyyətqurma bacarığı;
• Səlis Azərbaycan dili və yüksək səviyyədə ingilis dili bilikləri;
• Məsuliyyətlilik və vəzifə öhdəliklərin vaxtında icra olunması;
• Ünsiyyətqurma və  komandada işləmək bacarığı;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

• İnformasiyanın KİV üçün yararlılığını təhlil edir və yayımlanmasını təmin edir;
•  KİV-də Palatanın funksional istiqamətləri üzrə materialların rüblük və illik monitorinqini aparır, analitik informasiyalar hazırlayır;
• İnternet səhifəsinin idarə edilməsinə  nəzarət edir;
• Palata rəhbərliyinin tələb istiqamətlərinə uyğun informasiya ilə təmin edilməsinə, ölkədə və dünyada baş verən  mühüm hadisələr, maliyyə sistemində baş verən yeniliklər  barədə icmalların hazırlanmasına  nəzarət edir,
• Mətbuat konfransları və brifinqlər təşkil edir;

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini [email protected] elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Son xəbərlər
Digər xəbərlər