13 C
Baku
Friday, November 22, 2024

Məzahir Pənahov: Bələdiyyə seçkilərini yanvarın 25-dən sonra keçirmək daha məqsəduyğundur

Qarşıda duran əsas məsələlərdən biri bələdiyyə seçkiləridir.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

“Noyabrın ayının sonunda biz artıq bələdiyyə seçkilərini elan etməliyik. Biz düşünürük ki, bu tarix yanvar ayının 25-dən sonra olacaq”, – MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri qeyd edib ki, artıq bununla bağlı MSK üzvlərinə təlimatlar verilib:

“Bələdiyyələr birləşir. 685 bələdiyyə olacaq. Hesab edirəm ki, biz bələdiyyələr üzrə neçə bələdiyyə üzvü seçilməsi məsələsini qaydaya salmalıyıq. Bu ciddi məsələdir. Gərək elə addım ataq ki, sonra hansısa xoşagəlməz hallarla qarşılaşmayaq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər