Məzuniyyətdən geri döndükdə özünüzü ikiqat artıq yorğun, ümumiyyətlə dincəlməmiş hiss edirsiniz? Siz tək deyilsiniz. Bu bir çoxları ilə baş verir. Lakin bu vəziyyətdən qaçmaq mümkündür.
Daha gümrah şəkildə geri dönmək üçün məzuniyyəti uğurla necə keçirə bilərsiniz deyə düşünürsünüzsə istiragət zamanı aşağıdakı məsləhətlərə riayət edin:
Bacardığınız qədər uzun müddətlik məzuniyyətə çıxın:
Əvvəldən “Mənə dincəlmək və işdən uzaqlaşmaq üçün 1-2 gün bəs edər” deyə düşünürsünüzsə yanılırsınız. İş həyatının ritmini qırmaq üçün kifayət qədər uzun müddət istirahət etmək lazımdır. Xüsusəndə gərgin bir iş ili keçirmisinizsə.
Rəqəmsal dünyadan, internetdən, mobil telefondan uzaq olun:
Məzuniyyət zamanı özünüzü elektron poçt göndərməkdən, sosial şəbəkə hesabınızı yoxlamaqdan və saysız zənglər etməkdən məhrum edin.
Beyninizi, bədəninizi və ruhunuzu qidalandırın:
Məzuniyyətə yollnarkən özünüzlə kitab götürməyi unutmayın. İstirahət gününüzün 30 dəqiqə və yaxud 1 saatını oxumağa, düşünməyə sərf edin. Bu sizi kifayət qədər canlandıracaq.
Qeyd kitabçanızı özünüzlə götürün:
Məzuniyyət zamanı bir çox yeni və perspektivli ideyalar qonağınız ola bilər. Belə bir ideya yarandıqda onu qeyd edib şəxsi “arxivinizə” ata və istirahətə davam edə bilərsiniz. Əks təqdirdə onu unutmamaq üçün cəhdlər edə-edə istirahət etməyi unudacaqsınız.
Geri döndükdə dərhal olaraq işə girişməyin:
Məzuniyyətdən geri döndüyünüz ilk iş gününüzdəcə işlə yüklənməyə çalışmayın. İlk iş gününüzü daha sakit və mülayim şəkildə keçirin. Belə ki, ilk iş gününün yorğunluğundan növbəti həftələrdə belə canınızı qurtara bilməyəcəksiniz.








