12 C
Baku
Wednesday, December 10, 2025

Məzuniyyətlə bağlı nələr dəyişir?

İşçi qismən ödənişli sosial məzuniyyət və ya ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra 6 aylıq əmək haqqı aldığı dövr var, lakin bu dövrlər 12 aya bölündükdə təbii olaraq məzuniyyət dövrü üçün orta əmək haqqının aşağı düşməsinə səbəb olur.

Banker.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Şöbə müdiri bildirib ki, təklif edilən yeni dəyişikliklərə əsasən, işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövrü, boşdayanma müddəti, eləcə də qismən ödənişsiz sosial məzuniyyət dövrləri artıq nəzərə alınmayacaq.

“Bunlar əmək haqqı alınan yaxın və tam təqvim ayları ilə əvəz olunacaq. Bu isə işçinin normal məzuniyyət dövrü üçün əmək haqqına bərabər orta əmək haqqı alımasına gətirib çıxaracaq.

İş yerinin və orta əmək haqqının saxlandığı hallar üzrə ödəniş son iki aya əsasən hesablanır. Əgər son iki ay üzrə orta əmək haqqı daha yüksəkdirsə, ödəniş həmin məbləğlə təmin ediləcək. Əgər bu məbləğ aşağıdırsa, bu zaman sonuncu iş gününə aid əmək haqqı əsas götürülməklə hesablamalar aparılacaq”, – deyə o fikrini tamamlayıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər