-1 C
Baku
Thursday, February 9, 2023

“M Bulak BOKT” borclanmadan “qaçır” – zərərdən mənfəətə keçib

“M Bulak BOKT” MMC (əvvəl Mol Bulak BOKT idi) 2021-ci ildəki faiz gəlirləri azalmışdır, lakin problemli kreditlərin öncəki ildəki qədər olması, hətta geri dönüşü onu mənfəətə çıxarıb.

Banker.az xəbər verir ki, kredit təşkilatının faiz gəlirləri illik müqayisədə 28% azalıb və 6.1 mln. manat təşkil edib. Faiz xərcləri də cəmi 47 min manat təşkil edib.

“M Bulak BOKT” ötən il 1.87 mln. manatlıq əmək haqları (2020: 1.9 mln. manat idi) üzrə xərcləri çəkib.

Bununla da xalis mənfəəti 3.09 mln. manat təşkil edib. Bu da BOKT-un balansındakı bölüşdürülməmiş mənfəətini 5.96 mln. manata yüksəldib.

Əsas gəlirlərinin azalması qısa müddətdə olmasa da növbəti ildən artıma meyil edə biləcək. Çünkü bunun üçün əsas potensial olan müştərilərə verilən kreditlərin ötən ilin əvvəli ilə müqayisədə sonuna 15% artaraq 13.79 mln. manata çatıb. Bunu o əlindəki vəsaitlərin yönəltməsi ilə gerçəkləşdirib. 2021-ci ilin əvvəlindəki 2.95 mln. manatlıq pul vəsaiti ilin sonuna 1.73 mln.-a düşüb. Bu vəsaitlərin də böyük hissəsi – 1.71 mln. manatı banklardadır.

1 yanvar 2022-ci il tarixinə BOKT-un cəmi aktivləri 16.52 mln. manat təşkil edir.

BOKT bununla belə özünün növbəti illər üçün öhdəlik risklərini azaldıb. Məsələn, 2021-ci ilin əvvəlində 1.45 mln. manatlıq borc və 497 min manatlıq vergiöhdəliyini ilin sonuna sıfırlayıb. Beləliklə 2.01 mln. manatlıq cəmi öhdəlik 140 min manata yuvarlanıb.

Yuxarıda qeyd edilən xalis mənfəətdən sonra cəmi kapitalı 16.38 mln. manata düşüb.

Xatırladaq ki, «M Bulak Bank Olmayan Kredit Təşkilatı» 2005-ci ildə yaradılıb, 10.41 mln manat nizamnamə kapitalına sahibdir.

32 1 4342342423423423

Son xəbərlər
Digər xəbərlər
X