24 C
Baku
Monday, May 12, 2025

“M Bulak” BOKT-un maliyyə vəziyyəti məlum oldu

“M Bulak” Bank Olmayan Kredit Təşkilatı 2024-cü ili 5 milyon 671 min manat xalis mənfəət ilə başa vurub. 2023-cü ildə BOKT 4 milyon 163 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə 36% artımdır.

Banker.az bu barədə təşkilatın maliyyə göstəricilərinə istinadən xəbər verir.

Ötən il “M Bulak BOKT”un faiz gəlirləri 10 milyon 885 min manat, faiz xərcləri 262 min manat olub. Əvvəlki ildə isə BOKT-un faiz gəlirləri 8 milyon 268 min manat, faiz xərcləri isə 65 min manat təşkil edib.

BOKT-un aktivləri son bir ildə 39% artaraq 34 milyon 911 min manata, öhdəlikləri 3.3 dəfə artaraq 5 milyon 799 min manata və cəmi kapitalı isə 24.2% artaraq 29 milyon 112 min manata yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər