“M-Kontakt” Məhdud Məsuliyyətli Cəmiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.
İddia hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “M-Kontakt” MMC mebel və mebel aksesuarları satışı ilə məşğul olur.