23 C
Baku
Tuesday, October 1, 2024

M-PESA debet kartı yaratdı

M-PESA mobil valyuta bazasında ödəniş kartı yaradıldı. Hələ ki, layihə sınaq mərhələsindədir. Lakin bununla belə, mobil pulları idarə edən Keniyanın Safaricom mobil operatoru yeni ödəniş alətinin uğur qazanacağını proqnoz verib. Safaricom şirkəti Keniyanın ödəniş kartları bazarının əhəmiyyətli hissəsinə (ildə 13,5 milyard dollar dəyərində tranzaksiya) sahib olmaq niyyətindədir.

Ödəniş kartı təmassız tranzaksiyalar üçün NFC-çip ilə təmin edilib. Keniyalılar həmin kartdan istifadə etməklə M-PESA mobil pulları qəbul edilən bütün ticarət məntəqələrində ödəniş edə bilərlər. Bunun üçün ödəniş alətini terminala yaxınlaşdırmaq kifayətdir. Bununla yanaşı, kart Chip&PIN standartı ilə qorunur.

Belə bir kartın yaradılması kassalarda hesablaşma prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək. Əvvəllər isə keniyalılar öz telefonlarının menyularında ödəniş xidmətini axtarmalı, alış-veriş məbləğini və şifrəni daxil etməli idilər.

Qeyd edək ki, M-PESA mobil pulları 2007-ci ildə Keniyada yaradılıb. Zəif inkişaf edən bank sistemi fonunda ölkə əhalisi etdikləri alış-verişlərin hesabını mobil operatorlarının hesabındakı məbləğdən ödəməyə maraq göstərdilər. Bu gün ölkənin ÜDM həcminin demək olar ki, yarısı bu sistemdən keçir. M-PESA yaradıcıları isə maliyyə sahəsinə etdikləri bu yatırıma görə mükafatlandırılmışdılar.

Son xəbərlər
Digər xəbərlər