13 C
Baku
Saturday, November 23, 2024

M1, M2 və M4 magistral avtomobil yollarında keçidlər inşa edilir

Magistral avtomobil yollarının Bakı şəhərinə yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

AAYDA-dan verilən məlumata görə, sözügedən piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Bu çərçivədə M1, M2 və M4 magistral avtomobil yollarında 8 yerdə keçidlər inşa edilir:

1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21,28 və 46-cı km-lik hissəsində;

2. Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 25-ci km-lik hissəsində;

3. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18.5, 20, 21.5 və 25-ci km-lik hissəsində.

İnşası aparılan və tikintisi nəzərdə tutulan yerüstü piyada keçidləri yüngül konstruksiyalıdır. Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər