26 C
Baku
Sunday, July 7, 2024

m10-da bütün istiqamətlərə gediş haqqı 50 qəpik kampaniyası davam edir

®m10 ilə Bakı və Abşeronun metro və avtobuslarında QR ilə ödəniş qiymətləri Azərbaycan Respublikası Tarif Şurasının müvafiq qərarına uyğun olaraq 10 qəpik artırılaraq 50 qəpik təyin edilib.

Bununla bağlı kampaniyanın bütün tanıtım reklamları Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin qaydalarını rəhbər tutaraq dəyişdirilib.

Hazırda m10 ilə QR ödənişlərdə bütün istiqamətlərə gedişlər 50 qəpikdir, bununla belə “1-ci və 10-cu gediş pulsuz” kampaniyası davam edir.

İstifadə qaydaları çox asandır. m10-da yaradılmış QR bileti avtobus və ya metro kamerasında oxutmaq kifayətdir. Yaradılmış QR bilet üçün pulqabı balansından bloklaşdırılan məbləğ, on dəqiqə ərzində istifadə olunmadıqda balansa geri qaytarılır.

Son xəbərlər
Digər xəbərlər