®Rəqəmsal ödənişlər dünyasında çeviklik və təhlükəsizlik əsas prioritetlərdəndir. m10 tətbiqi bu sahədə innovativ yanaşmalar təqdim edərək istifadəçilərə gündəlik maliyyə əməliyyatlarını rahat və sürətli şəkildə həyata keçirməyə şərait yaradır.
Maliyyə əməliyyatları qanunvericiliyə uyğun şəkildə tənzimlənir və bunun üçün istifadəçilərin KYC (Know Your Customer – FİN kodu ilə identifikasiya) prosesindən keçməsi vacibdir. Lakin bəzi istifadəçilər bu prosesə qoşulmaqda tərəddüd edirlər və bu da m10-un imkanlarından hansı səviyyədə yararlana biləcəkləri ilə bağlı suallar doğurur.
FİN (KYC) qeydiyyatından keçmədən m10-dan istifadə mümkündürmü?
Bəli, FİN identifikasiyası olmadan da m10 tətbiqindən müəyyən limitlər daxilində istifadə etmək mümkündür:
- Aylıq əməliyyat limiti: 300 AZN
Balansı həm bank kartı, həm də MilliÖn terminalları vasitəsilə artırmaq olar. Lakin MilliÖn vasitəsilə artırma üçün FİN kodu ilə qeydiyyat tələb olunur. - Ödəniş funksiyaları: 300 AZN aylıq limit çərçivəsində Bakıkart, QR və tətbiqdaxili ödənişlər mümkündür.
FİN identifikasiyasının üstünlükləri nələrdir?
✅ Aylıq 5000 ₼-dək komissiyasız ödəniş imkanı.
✅ Köçürmə və nağdlaşdırma funksiyalarının aktivləşdirilməsi
✅ Kredit məhsulları və beynəlxalq əməliyyatlara müraciət imkanı
FİN qeydiyyat prosesi necə həyata keçirilir?
FİN kodu ilə identifikasiya prosesi sadə, sürətli və təhlükəsizdir. Yalnız şəxsiyyət vəsiqənizi istifadə edərək tətbiq üzərindən bir neçə dəqiqəyə qeydiyyatını tamamlaya bilərsiniz. Bu, sizə m10-un bütün imkanlarından sərbəst şəkildə yararlanmağa şərait yaradacaq.
PashaPay istifadəçilərə m10-un tam funksionallığından faydalanmaq üçün FİN identifikasiyasından keçməyi tövsiyə edir.