“PashaPay” MMC cari ilin yayından yeni məhsulu “m10” adlı elektron pul kisəsini təqdim etdi. Bu elektron pul kisəsi ilə istifadəçiləri balans artımı, kommunal ödənişlər, bank kartına pul köçürmə və s. kimi bildiyiniz əksər bank xidmətlərini keçirmə imkanı əldə edirsiniz.
Lakin xidmətdən yararlanmazdan əvvəl müştəri kimi bir çox nüansa diqqət etdirməliyik. Buna məqaləmizdə toxunulacaq.
İlk öncə “PashaPay” MMC kimdir?
Şirkət 2005-ci ildən 2021-ci ilə qədər “Komtec LTD” MMC (MilliÖn) kimi fəaliyyət göstərirdi və həmin tarixdən “PASHA Holding” MMC tərəfindən satın alındı və adını “PashaPay” MMC olaraq dəyişdi. Şirkətin nizamnamə kapitalı cəmi 22 000 manat təşkil edir.
Qeydiyyat
“m10” – “PashaPay” bunu iki əməliyyat sistemi “Android” və “iOS” üzərindən mobil tətbiq yükləməklə keçirir. Tətbiq yükləndikdən sonra qeydiyyat qaydaları:
- Tək nömrə ilə qeydiyyat.
- Balansın artırılması.
Yeri gəlmişkən “Android” və “iOS” platformada istifadəçiləri 5 ballıq qiymətləndirmə üzrə müvafiq olaraq 3.9 və 4.1 bal veriblər.
“m10”da qeydiyyatdan keçdikdən sonra balansı iki xidmətdən yararlanmaqla mümkündür – bank kartı və “MilliÖn” ödəniş terminallarında “m10”a nağd vəsaiti (cash in) yerləşdirməklə.
Həmin vəsaitlər “PashaPay” ilə əməkdaşlıq edən banklar, mobil operatorlar və Dövlət Yol Polisinə olan ödənişlər üçün istifadə edilə bilər. Həmçinin digər bank kartlarına anında göndərmək mümkündür.
“m10”da mobil bankinqdə istifadə etdiyiniz bir çox xidmətlər qədər deyil.
Üstünlüklərindən biri tətbiqdə aparılan əməliyyat (ödənişlər) üçün 2% və s ( bu müəyyən bir vaxtlarda fərqli şərtlərdə ola bilər) kimi keşbeklər verir.
Ödənişdə “m10”un üstün cəhətlərindən biri QR kod ilə ödənişin mümkün olmasıdı, mobil nömrə, ad ilə digər şəxsə və eləcə də bank kartına komissiyasız pul köçürülməsinin olmasıdır. Qeyd edilən göstəricilər bir çox banklarda mümkün olsa da, “m10”u fərqləndirən cəhət banklarda hansısa bank hesabı açmadan gerçəkləşməsidir.
Yuxarıda qeyd edildiyi kimi, “m10” ilə qeydiyyatdan keçdikdə diqqət yetirməli olduğumuz bir neçə məqam var ki, onu öncədən də diqqətə almalıdır.
Məsələn “m10”un xidmətindən yaralanmaq üçün pul (depozit) qoymalı və bu pulu tətbiqə yerləşdirməlidir. Burada banklardan fərqli olan cəhət Azərbaycanda ödəniş sistemlərindəki depozitin qanunla nə qədər qorunub-qorunmama sualıdır. Burada təkcə “m10” platforması deyil, bütün elektron pul kisələrinə aiddir.
Bu mövzuda bildiyiniz kimi, Azərbaycanda bankların xidməti qanunla tənzimlənir. Fiziki və ya hüquqi şəxslərin banklara yerləşdirdiyi vəsaitlər hər hansısa şirkətin bağlanma hadisəsi baş verərsə ilk öncə dövlət (ADIF) tərəfindən tənzimlənir. Azərbaycanda ödəniş sistemlərinə nəzarət isə hələ ki, lisenziyalaşmış fəaliyyət olmadığı üçün Mərkəzi Bank tərəfindən tənzimləmir. Bunun üçün qanun layihəsi hazırlanır. AMB tərəfindən tənzimlənən bazar iştirakçıları Mərkəzi Bankın rəsmi internet səhifəsində qeyd edilir.
Banker.az bununla bağlı “PashaPay” şirkətinə müraciət edib və onlar isə cavabında bildirir ki, “m10” tətbiqi elektron pul kisəsidir və istifadəçilərə (müştərilərə) bu tətbiq vasitəsilə öz pullarını m10 pulqabında saxlaya, təhlükəsiz qaydada pul köçürmələrini, digər müvafiq ödənişləri edə bilmək imkanını yaratmaq üçün istifadəyə verilmişdir. Şirkət bildirir ki, karta daxil edilmiş vəsaitlər onların bank hesabında saxlanılır.
“ m10” elektron pul kisəsində saxlanılan pulların təhlükəsizliyi üçün tam məsuliyyət daşıyırıq. Bundan əlavə, PASHA Holdinq ekosisteminin bir hissəsi olaraq fəaliyyətimizin davamlı olması və müştərilərimizə hər zaman dayanıqlı xidmət göstərəcəyimizə zəmanət veririk”- deyə, “PashaPay”dən bildiriblər.
Digər biri isə tətbiqi yükəyərkən onun elektron qaydada təklif etdiyi “Məxfilik” və eləcə də “Müqavilə”dir ki, ola bilər ki, şəxs bununla razılaşmasın.
“m10” tətbiqi ilə sizin aşağıdakı məlumatlarınız şirkət tərəfindən əldə edilə bilər və şirkətdaxili buludda saxlanıla bilər.
Bura aiddir:
- Ad, soyad, ata adı;
- Doğum tarixi və yeri;
- Ünvan;
- Şəxsiyyət vəsiqəsi məlumatları;
- Aşağıdakılar da daxil olmaqla, lakin bununla məhdudlaşmamaq şərtilə maliyyə məlumatları:
Ödəniş kartınızı emissiya edən təşkilatın və hesabınıza xidmət göstərən ödəniş xidməti təchizatçısı barədə məlumatlar;
Bank hesabınızda və ya digər ödəniş hesablarınızda olan vəsaitin məbləği;
Kredit tarixçəniz;
Kreditin qaytarılması qrafiki;
Ödəniş əməliyyatı məlumatlarınız (əməliyyatı eyniləşdirməyə imkan verən nömrə, əməliyyatın tarixi və məbləği, qəbul edən şəxsin, ticarət nöqtəsinin adı və ünvanı, ticarət nöqtəsinin fəaliyyət kodu (MCC) və digər məlumatlar).
- Aşağıdakılar daxil olmaqla, lakin bununla məhdudlaşmamaq şərtilə cihazınız məlumatları:
Telefon, kompüter və ya digər cihazınızın IP ünvanı;
Cihazınızın markası, əməliyyat sisteminin növü, brauzer və digər məlumatları;
Real vaxt rejimində geolokasiya məlumatları;
Cihazınız barədə sizi eyniləşdirməyə imkan verən digər məlumatlar (məsələn, cihazınızın İMEİ nömrəsi, MAC adresi və s.);
İstifadə məlumatları. Məhsullarımız üzrə sizin hərəkətləriniz və məhsullarımızdan istifadə barədə digər məlumatlar, bununla məhdudlaşmamaq şərtilə veb tarixçəsi, axtarış tarixçəsi, diaqnostik məlumatlar və s.
- Elektron poçt ünvanı;
- Telefon nömrəsi;
- Əmək (iş yeri, iş stajı, əmək haqqının məbləği və digər məlumatlar) və sosial sığorta məlumatları;
- Biometrik məlumatlar (barmaq izi və s.)
- Kukilər
- Kontaktlar siyahısı – hesabdan hesaba (bir elektron pul kisəsindən digər elektron pul kisəsinə vəsaitlərin köçürülməsi üçün).
Bu standart bir şərtlər və siyasətdir. Hansı ki, cari gündə smartfonlardan istifadə etdiyimiz zaman həmin tətbiqlər də yığa bilir. Lakin istifadəçilər üçün xəbərdarlıq kimi öncədən bildirilir. Məsələn, bunlardan biri: müştərinin bu məlumatları əldə edildikdən sonra, onunla partnyor olan bankın məhsulları ona təklif edilə bilər.