29 C
Baku
Thursday, May 30, 2024

M8 ekspres xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib

M8 Maştağa – Gənclik metrostansiyası ekspres xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişikliyə əsasən, M8 xətti üzrə avtobusların Ziya Bünyadov prospekti Böyük Şor qovşağı yaxınlığındakı dayanacaq məntəqəsi artıq ləğv edilib.

Yəni Maştağa qəsəbəsi – Gənclik metrostansiyası istiqamətində avtobusların hərəkəti 19.01.2022 tarixindən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən keçməklə təşkil ediləcək.

Metronun “Gənclik” stansiyası istiqamətində M8 xətti ilə hərəkət edəcək sərnişinlərdən ikinci perrondan istifadə etmələri xahiş olunur.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər