2019-ci ilin dekabr ayında cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil edib.
Banker.az bu barədə Mərkəzi Bankın statistikasına istinadən xəbər verir
Noyabr ayı ilə müqayisədə dekabrda cəmi ödəniş kartlarının sayı 59 min ədəd artıb.
Dekabrda noyabr ayına nisbətən sosial kartların sayı 26 min ədəd azalaraq 2 milyon 383 min ədədə düşüb. Həmin ayda əməkhaqqı kartlarının sayı 10 min ədəd artaraq 2 milyon 316 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 29 min ədəd artaraq 1 milyon 769 min ədədə, kredit kartlarının sayı isə 46 min ədəd artaraq 797 min ədədə çatıb.
2018-ci ilin sonu ilə müqayisədə isə 2019-cu ilin dekabr ayında cəmi ödəniş kartlarının sayı 755 min ədəd artıb. Həmçinin illik müqayisədə 2019-cu ildə sosial kartların sayı 139 min ədəd azalıb, əmək haqqı kartlarının sayı 276 min ədəd artıb, kredit kartlarının sayı 63 min ədəd azalıb, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 680 min ədəd artıb.