UEFA maliyyə feyr-pleyini ləğv etməyi planlaşdırır.
Qitə futbol qurumu yeni qaydalar tətbiq edəcək.
Yayılan xəbərlərə görə, maaş limiti olmayacaq, klublar 3 mövsüm ərzində gəlirlərinin 70 faizindən çoxunu xərcləyə biləcəklər. Maliyyə qaydalarını pozan avrokubok iştirakçılarının mübarizə apardığı turnirdən digərinə (Çempionlar Liqasından Avropa Liqasına, Avropa Liqasından Konfrans Liqasına) düşməsi ehtimalı olacaq.
Digər cəza tədbiri Çempionlar Liqası və Avropa Liqasının yenilənmiş formatına uyğun olaraq, klubdan xalların silinməsi ola bilər.