25 C
Baku
Thursday, August 18, 2022

Maaşın artırılmasını necə tələb etmək lazımdır?

Aldığınız əmək haqqı artıq uzun müddətdir ki, sizi qane etmir və bu haqda rəhbərlik ilə danışıqlar aparmaq istəyirsiniz? Rəhbərliyə bu tələbinizi bildirmədən öncə bu addımınızın nə ilə nəticələnə biləcəyini təxmin etməyə çalışın. Hər şey tələb  etmək formanızdan da asılı ola bilər.

Bəs əmək haqqının artırılmasını rəhbərlikdən düzgün şəkildə necə tələb etmək lazımdır?

Alternativ variantınızı hazır edin:

Tələbinizi irəli sürərkən beyninizdə ehtiyat variantınız olsun. Məsələn, əmək haqqınızın 700 AZN olmasını tələb etdikdə “yox” cavabı ilə üzləşsəniz, sizə sərfəli olan digər bir variantı irəli sürün. Məsələn, 600 AZN.

Yaxşıya ümid edin, lakin pisə hazırlaşın:

Rəhbərinizin səsləndirə biləcəyi bütün etirazları əvvəlcədən təxmin edin və onların hər birinə öz cavabınızı hazırlayın.

Verməkdən daha çox almağı sevən biri ilə danışacağınızı unutmayın:

İnsanların böyük əksəriyyət layiq olduğunu tələb etməkdə çətinlik çəkir. Onlar arzusunda olduqları şeyin qəfildən onlara veriləcəyi günü gözləyirlər. Buna görə də, insanlar layiq olduğu əmək haqqını ala bilmədikdə dərin təəssüf hislərinə qapılırlar. Düşünməyin ki, layiq olduğunuzu tələb etmədən sizə verəcək səxavətli insanlarla işləyirsiniz. Daim istədiyinizi dilə gətirin. Çünki əksər rəhbərlər ondan tələb edilmədikcə layiq olan əmək haqqını verməz. Susmağınız onu qane edir!

Qətiyyətli olun:

Sizə nə cavab verildiyindən asılı olmayaraq sakitliyinizi qoruyun. Qorxmadan müsahibinizin gözlərinə baxın və deyin: “Bunun adi müzakirə olduğunu siz də mənim kimi yaxşı bilirsiniz. Mənə nəyə görə hazır ki, əmək haqqımdan artıq ödəməli olduğunuzu sizə sübut edəcəm”.

“Yox” cavabı almağa hazır olun:

Hər şeyin müsbət tərəfinə ümid etməklə yanaşı, mənfi cavab da almağa hazır olun. Bu halda isə yenə də sakitliyinizi qoruyun və deyin: “Əmək haqqımın artırılmasına nail olmaq üçün hansı göstəricilərə nail olmalı olduğumu bilmək istərdim!”.

Son xəbərlər
Oxşar xəbərlər