32 C
Baku
Wednesday, July 24, 2024

Maaşın gecikməsinə görə işçiyə nə qədər ödənc verilməlidir?

“İşəgötürənin təqsiri ucbatından əmək haqqının verilməsi gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün ən azı əmək haqqının 1% məbləğində işçiyə ödənc verilməlidir”.

Banker.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, bu kimi hallar baş verdikdə işçi Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilər: “Müraciət istər poçtla yazılı qaydada, istərsə də e-sosial.az saytından elektron qaydada göndərilə bilər. Vətəndaşların müraciəti araşdırıldıqdan sonra onlara bu barədə həmin dövlət orqanı tərəfindən rəsmi qaydada cavab verilməlidir”.

Vəkil qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyət xərclərinin əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər xərclərin hesablanması və ödənilməsində qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək cərimə edilir.

“Əmək haqqlarının və digər ödənişlərin hesbalanmasında riyazi səhvə yol vermək isə istisnadır. Buna görə işəgötürən hər hansı məsuliyyət daşımır”, – deyə T.Abdullazadə bildirib.

Mənbəe-hüquq
Son xəbərlər
Digər xəbərlər