15 C
Baku
Monday, April 22, 2024

Maaşınıza görə nə qədər kredit götürə bilərsiniz?

Ehtiyac olunan krediti sizə ən uyğun olan banka müarciət edərək ala biləcəyinizi dəqiqləşdirdikdən sonra, artıq proses və belə desək problemlər başlayır.

Beləki, illik faizin və maksimal kredit məbləğinin miqdarını əsas götürərək seçdiyiniz kredit məhsulunun sizə uyğun olması hələ heç də bankın həmin maksimal məbləği sizə verəyəci mənasına gəlmir. Əksərən bu hallar kredit alanların həvəslə həmin krediti almaq üçün müraciət etdikləri bankdan könülsüz qayıtmasına səbəb olur.

Ortaya isə “Əmək haqqım kifayətdir, amma istədiyim məbləği niyə vermirlər?” sualı çıxır. Bank tərəfindən müştərilər üçün yaradılan problemlərdən ən çox rast gəlinəni isə məhz əmək haqqısının çox olmasına baxmayaraq istədiyi məbləğin verilməməsidir.

Əmək haqqı kifayət qədər olduqda belə istənilən kredit məbləği sizə verilmirsə, bunun kifayət qədər müxtəlif səbəbləri ola bilər:

  • İlk dəfə banka müraciət etməsi;
  • Sizin xərcləriniz;
  • Başqa bankda krediti olması;
  • Gecikdirilmə və ya hansısa mənfi səbəb olması;
  • Zamin və ya daşınmaz əmlak göstərilməsində olan problemlər və s.

Qeyd olunanlardan ən çox rast gəliləni isə məhz ilk dəfə bankla əməkdaşlıq edilməsi ilə əlaqələndirirlər. Beləki, banka ilk dəfə müraciət edirsinizsə, belə deyək bank sizi ilk dəfə tanıdığı üçün sizə iri məbləğləri etibar etməməsi normal haldır. Kredit müraciətləri arasından bank ən minimal riskli olanlara üstünlük verir ki, bu da məbləğin balacalaşması və ya zamin sayının artmasına səbəb olur.

Misal olaraq, təsəvvür edək ki, siz banka kredit üçün müraciət etmisiniz. Sizin əmək haqqınız 400 AZN təşkil edir. Aylıq gəlirinizin cəmi 100 AZN xərcliyirsiniz. Deməli sizin 300 AZN miqdarında pulunuz qalır. Bank sizə 1000 AZN məbləğində krediti rahatlıqla ayıra bilər ki, sizin aylıq kredit ödənişiniz təqribən 100 AZN olduğu üçün siz rahatlıqla bu məbləği geri ödəyə bilərsiniz.

Əksər banklar əsasən müştərinin aylıq əmək haqqının maksimum 6 mislinə qədər kredit ayırmağa üstünlük verir. Misal, sizin əmək haqqınız 300 AZN-dirsə, sizə 1500 AZN kredit ayrıla bilər. Ancaq banklardan aslı olaraq şərtlər və tələblər dəyişə bilər. Yəni sizin istədiyiniz məbləğ əmək haqqınızın necə misli nisbətində olacağını bank özü müəyyənləşdirir. Eyni zamanda sizdən tələb olunacaq zamin sayı, yəni 1 yoxsa 2 zamin tələb olunması kreditə alacağınız məbləğə görə də dəyişə bilər.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər

1 comment

Comments are closed.