10 C
Baku
Saturday, November 16, 2024

Macarıstan 2024-cü ildə Avrozonaya daxil ola biləcək

Macarıstan gələn ilin sonuna kimi Avrozonaya qoşulmağa hazır olacaq.

Bu barədə Macarıstanın Maliyyə Şurasının rəhbəri Arpad Kovaç bildirib.

“Macarıstan 2024-cü ilin sonuna kimi Maastrixt kriteriyalarına cavab verə biləcək”, – o, Ticarət və Sənaye Palatasında çıxışı zamanı deyib.

Kovaçın sözlərinə görə, bu meyarlar 1992-ci il Avropa İttifaqı haqqında Müqavilə ilə müəyyən edilib, onlar ölkənin avrozonaya daxil olması üçün zəruri olan maliyyə və iqtisadi göstəricilərini tənzimləyir.

Macarıstan Maliyyə Şurasının rəhbəri iddia edir ki, gələn ilin yayına qədər ölkədə istehlak qiymətlərinin artımı 3 %-ə düşə bilər, dövlət borcu ÜDM-in 70 %-dən aşağı düşəcək, büdcə kəsiri isə təqribən 2,9 % təşkil edəcək.

Onun proqnozuna görə, 2023-cü ildə ölkənin ÜDM-in artımı təqribən 1 % təşkil edəcəyi halda, artıq 2024-cü ildə 3,5-4 %-ə qədər artacaq.

Avrozona ərazisində avro əsas dövlət valyutasıdır, buraya Avropanın on yeddi ölkəsi daxildir.

Son xəbərlər
Digər xəbərlər