27 C
Baku
Saturday, July 20, 2024

Macarıstan 2024-cü ilin sonunda Avrozonaya daxil olmaq istəyir

Macarıstan 2024-cü ilin sonuna kimi Avrozonaya daxil olmağa hazır olacaq.

Bu proqnozu dövlət büdcəsinin işlənib hazırlanması və icrasına nəzarət etmək üçün geniş səlahiyyətlərə malik olan Macarıstan Maliyyə Şurasının sədri Arpad Kovaç deyib.

Onun sözlərinə görə, Macarıstan 2024-cü ilin sonuna qədər Maastrixt kriteriyalarına cavab verə biləcək.

Qeyd edək ki, belə meyarlar 1992-ci il tarixli Avropa İttifaqı haqqında Müqavilə ilə müəyyən edilir və ölkənin Avrozonaya daxil olması üçün zəruri olan maliyyə və iqtisadi göstəricilərinə aiddir. Onlar maliyyə sisteminin sabitliyini, qiymət səviyyəsini və məzənnənin sabitliyini qiymətləndirirlər.

Kovaç hesab edir ki, 2024-cü ilin yayına qədər Macarıstanda istehlak qiymətlərinin artımı 3%-ə, dövlət borcu ÜDM-in 70%-dən aşağı düşə bilər, büdcə kəsiri isə təxminən 2.9% təşkil edəcək.

Onun hesablamalarına görə, Macarıstanın ÜDM-in artımı bu il təxminən 1% olacaq, lakin gələn il bu rəqəm 3.5-4%-ə yüksələcək.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər