28 C
Baku
Sunday, July 14, 2024

Macarıstan Aİ-nin Rusiyadan neft və qaz idxalına embarqo qoymasına qarşıdır

Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyadan neft və qaz idxalına embarqo qoymasına qarşıdır.

Bu barədə Macarıstan hökumət sözçüsü Zoltan Kovacs bildirib.

“Hər hansı neft və qaz embarqosu ilə bağlı Macarıstanın mövqeyi dəyişməyib: biz onları dəstəkləmirik”, – Kovacs deyib.

Qeyd edək ki, Aİ bu həftə müzakirə olunan yeni sanksiyalar paketinin bir hissəsi olaraq Rusiya neftinin idxalına mərhələli qadağa qoyulmasını təklif etməyə hazırlaşır.

Son xəbərlər
Digər xəbərlər