Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni, 13-cü sanksiyalar paketini bloklayıb.
Bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, Aİ səfirlərinin görüşündə yeni sanksiyalar paketinə qarşı çıxan yeganə ölkə Macarıstan olub.
Əgər bu sanksiyalar paketi təsdiq olunarsa, məhdudlaşdırıcı tədbirlər Rusiya, Çin və digər ölkələrdən olan təxminən 200 nəfərə və təşkilata təsir edəcək.
Qeyd edilib ki, Budapeştin bu paketə qarşı olmasının səbəbi Rusiya ilə deyil, Çinlə bağlı olub: “Macarıstan nümayəndələri yeni sanksiyalar paketinin qəbul edilməsinə Çin şirkətləri ilə bağlı məsələlərə görə razılaşmayıblar”.