Macarıstan aprelin 1-dən Türkiyədən təbii qaz almağa başlayacaq və Türkiyənin qonşularından başqa ondan qaz ixrac edən ilk dövlət olacaq.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə Soçidə keçirilən “Atomexpo – 2024” zamanı danışıqlardan sonra deyib.
Qeyd edək ki, bu yaxınlarda Macarıstan və Türkiyə 2024-cü ilin 2-ci və 3-cü rüblərində 275 milyon kubmetr Türkiyə qazının tədarükü barədə saziş imzalayıblar.