“Cozep Borrellin Avropa İttifaqının Qarabağdakı lokal antiterror əməliyyatı ilə bağlı bəyanatı əvvəlcə Aİ-nin bütün 27 ölkəsinin birgə bəyanatı olmalı idi. Amma Macarıstan buna veto qoyub”.
Bu barədə “Azadlıq” radiosunun Avropa bölməsinin redaktoru Rikard Jozviak X platformasında paylaşım edib.
O bu barədə məlumatı 3 ayrı avropalı diplomatik mənbədən aldığını qeyd edib.