21 C
Baku
Monday, July 22, 2024

Macarıstan Azərbaycan qazını almaq üçün Türkiyə ilə danışıqlar aparır

Macarıstan yerli təbii qazın alınması, eləcə də Azərbaycan qazının ölkə ərazisindən tranzit nəqlinə dair Türkiyə ilə danışıqlar aparır.

Bu barədə çərşənbə günü Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Ankarada türkiyəli həmkarları ilə görüşdən sonra bildirib.

O qeyd edib ki, Macarıstan ölkədə istifadə olunan qazın təxminən yarısını Rusiyadan “Türk axını” boru kəməri, eləcə də onun Bolqarıstan və Serbiyadan keçən qolu ilə alır. Nazir qaz təchizatı məsələsində Türkiyənin rolunun artacağını gözləyir, çünki “Azərbaycan qazının alınmasına dair saziş hazırlanır və bunun üçün də bu nəqliyyat marşrutu tələb olunacaq”.

“Bundan əlavə, hazırda Türkiyə təbii qazının alınması ilə bağlı ölkənin enerji şirkəti “Botaş” ilə də danışıqlar aparılır”, – XİN rəhbəri mətbuat konfransında məlumat verib.

“Biz Türkiyəyə etibarlı tərəfdaş olduğuna və bugünkü çox çətin şəraitdə belə enerji təchizatının təhlükəsizliyini təmin etməkdə bizə kömək etdiyinə görə bir daha təşəkkür edirik”, – deyə Siyarto vurğulayıb. O xatırladıb ki, vaxtilə Ankara və Budapeştin “dostları və müttəfiqləri” onları “Türk axını”ndan istifadədən çəkindirsələr də, onlar “inadkarlıq nümayiş etdirib, sanksiyalar təhlükəsinə boyun əyməyiblər”.

Son xəbərlər
Digər xəbərlər