8 C
Baku
Sunday, January 29, 2023

Macarıstan Azərbaycandan elektrik enerjisi tədarük edəcək – Yeni saziş imzalanacaq

Dekabrın 17-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycandan elektrik enerjisinin tədarükü haqqında saziş imzalayacaq.

Bu barədə Macarıstanın Baş nazirinin mətbuat xidmətinin rəhbəri Bertalan Havaşi deyib.

Elektrik enerjisinin tədarükü Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə Gürcüstan və Rumıniyadan keçməklə nəzərdə tutulur.

B.Havaşi bildirib ki, dördtərəfli saziş Buxarestdə bağlanacaq:

“Viktor Orban bu müqaviləni dekabrın 17-də Buxarestdə imzalayacaq”.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər
X