26 C
Baku
Saturday, July 27, 2024

Macarıstan gələn il İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edəcək

Gələn ilin yanvarında Macarıstan İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətini təsdiqləyəcək.

Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Slovakiyada mətbuat brifinqində deyib.

Onun sözlərinə görə, Macarıstan parlamenti gələn ilin yanvarında keçiriləcək ilk sessiyasında İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair protokolları ratifikasiya edəcək.

“Macarıstan Skandinaviya ölkələrinin üzvlüyünü dəstəkləyir”, Baş nazir Orban deyib.

Xatırladaq ki, Türkiyə və Macarıstan ratifikasiya prosesini tamamlamayan sonuncu NATO ölkələrdir.

Son xəbərlər
Digər xəbərlər