Gələn ilin yanvarında Macarıstan İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətini təsdiqləyəcək.
Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Slovakiyada mətbuat brifinqində deyib.
Onun sözlərinə görə, Macarıstan parlamenti gələn ilin yanvarında keçiriləcək ilk sessiyasında İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair protokolları ratifikasiya edəcək.
“Macarıstan Skandinaviya ölkələrinin üzvlüyünü dəstəkləyir”, Baş nazir Orban deyib.
Xatırladaq ki, Türkiyə və Macarıstan ratifikasiya prosesini tamamlamayan sonuncu NATO ölkələrdir.