Macarıstanın müdafiə naziri Kristof Salay-Bobrovnitski noyabrın 15-də Polşada düşən Ukraynanın S-300 raketi ilə bağlı insident fonunda Macarıstanın İsrailin “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi ilə maraqlandığını bildirib.
Bu barədə “Army Recognition” məlumat yayıb.
Salay-Bobrovnitski bildirib ki, bu sistem noyabrın 16-da Macarıstanın Prezidenti Katalin Novakın İsrailə səfəri zamanı nümayiş etdirilib.
Nəşr qeyd edib ki, Macarıstan Müdafiə Nazirliyi “Dəmir qübbə” hava hücumundan müdafiə sisteminin əsas komponenti olan İsrailin ELTA radarlarını “naməlum say”da sifariş edib.
Bununla belə, sistemə inteqrasiya olunacaq reaktiv yaylım atəşi qurğuları İsrailin məhsulu deyil. Belə ki, bunun əvəzinə Macarıstan artıq satın alınmış AMRAAM raketli Norveç-ABŞ istehsalı NASAMS sistemindən və Avropa istehsalı olan “Meteor” raketləri ilə istifadə edəcək.