6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Macarıstan loukosteri sərnişin aviadaşımalarını bərpa edir

Macarıstanın “Wizz Air” aviaşirkəti ehtiyatla Budapeştdən 16 marşrut üzrə reysləri bərpa edir.

Bu baBrədə “MTI” milli xəbər agentliyi məlumat verib.

Bununla yanaşı, ölkənin digər beynəlxalq hava limanlarından uçuşlar yalnız iyunda bərpa olunacaq.

Tezliklə Macarıstan paytaxtının hava limanından Afinaya, Barselonaya, Berlinə, Birminhemə, Bazelə, Dortmunda, Eindhovenə, Londona, Liverpula, Madridə, Podqoritsaya, Stokholma və Sarayevoya uçmaq mümkün olacaq.

Sərnişinlərin hava limanında növbələrdə durma vaxtını minimuma endirmək üçün onlardan qeydiyyatdan onlayn keçmələri xahiş olunur.B

Mənbə:Azərtac
Son xəbərlər
Oxşar xəbərlər