7 C
Baku
Saturday, April 13, 2024

Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında ratifikasiyanı təsdiqləyib

Macarıstan parlamentinin sədr müavini, müvəqqəti sədr vəzifəsini icra edən Şandor Lejak İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edən qanunu imzalayıb.

Bu barədə məlumatı “Reuters” agentliyi parlamentin saytındakı səsvermə məlumatlarına istinadən yayıb.

Qeyd olunur ki, qanun imzalandıqdan sonra Macarıstan Prezidentinin aparatına göndərilib.

Xatırladaq ki, fevralın 26-da Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edib. Macarıstan alyansda İsveçin müraciətini təsdiqləyən sonuncu ölkə olub.

Son xəbərlər
Digər xəbərlər