Macarıstan prezidenti Katalin Novak Ukrayna prezidenti Volodimir Zelenskinin dəvəti ilə Kiyevə səfər edəcək.
Bu barədə Macarıstanın “Index” portalı yazıb.
Qeyd olunub ki, xanım prezident qatarla Polşaya, oradan isə Ukraynaya gedəcək. Vurğulanıb ki, bu, Rusiyanın Ukraynada hərbi əməliyyata başladıqdan sonra Macarıstan dövlətinin başçısının Ukraynaya ilk səfəri olacaq.
Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl Macarıstanın baş naziri Viktor Orbanla danışdığını bildirib. Dövlət başçısı Orbana göstərdiyi dəstəyə görə təşəkkür edib və onu Ukraynaya dəvət edib.