29 C
Baku
Tuesday, September 9, 2025

Macarıstan qaz tədarükü üzrə “ən uzunmüddətli” müqavilə imzalayacaq

Macarıstanın xarici işlər naziri Peter Siyyarto bəyan edib ki, sentyabrın 9-da ölkə tarixində ən uzunmüddətli qaz alışı müqaviləsi imzalanacaq. Onun sözlərinə görə, söhbət “qərb istiqamətindən” qaz alışından gedir, lakin hansı ölkə ilə razılaşma əldə olunacağını açıqlamayıb.

Hazırda Macarıstana qazın əsas hissəsi “Türk axını” kəməri və onun qolları vasitəsilə, “Qazprom” ilə mövcud müqavilə çərçivəsində daxil olur. 2024-cü ildə ölkəyə idxal edilən Rusiya qazının həcmi rekord göstərici olan 7.6 milyard kubmetrə çatıb. Bununla belə, Macarıstan hakimiyyəti dəfələrlə qaz tədarükünü şaxələndirmək istədiyini vurğulayıb.

Bundan bir gün əvvəl ABŞ-nin energetika naziri Kris Rayt bəyan etmişdi ki, Avropa İttifaqının Rusiya nefti və qazı idxalını dayandırması, Donald Trampın Ukraynada hərbi əməliyyatlara son qoymaq səylərinə töhfə verə bilər. Bundan əvvəl ABŞ prezidenti Avropanı Rusiya nefti alışını dayandırmağa çağırmışdı. Qeyd edək ki, hazırda Avropa İttifaqı ölkələri arasında Rusiya nefti almaqda davam edən yeganə ölkələr Macarıstan və Slovakiyadır.

Son xəbərlər
Digər xəbərlər